ELM VƏ TƏHSİL
ADNSU-da “Enterpriseazerbaijan” portalı startap mərkəzinin nümayəndələrinə təqdim olunub
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı www.enterpriseazerbaijan.com portalı “Eazy START” Startap və İnnovasiya Mərkəzinin nümayəndələrinə təqdim olunub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, portalın meneceri Aytən Məmmədova www.enterpriseazerbaijan.com barədə ətraflı məlumat verib. Qeyd edilib ki, portal mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə məlumat bankıdır.
A.Məmmədova portalın layihələr üçün həm inkubator, həm də akselerator rolu oynayacağını diqqətə çatdırıb.
Sonra startapçı gənclərin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]
Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar
- 19.04.2024 [17:27]
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası
- 19.04.2024 [17:25]
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
- 19.04.2024 [16:53]