ELM VƏ TƏHSİL


ADNSU-da “Gənclər üçün Avropa proqramları həftəsi” çərçivəsində məlumat sessiyası

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Sağlam düşüncə” Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Gənclər üçün Avropa proqramları həftəsi” çərçivəsində məlumat sessiyası təşkil olunub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Sağlam düşüncə” Gənclər Təşkilatının sədri Ramiz Əliyev “Erasmus+” proqramının Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzinin işi çərçivəsində Avropa İttifaqının Azərbaycan gəncləri üçün qeyri-formal təhsil imkanları (təlim kursları, gənclər mübadilələri, qısa və uzun müddətli könüllülük proqramları) haqqında ətraflı məlumat verib.

Təhsilin inkişafında inteqrasiya və mübadilənin böyük rolu olduğunu deyən Ramiz Əliyev “Erasmus+” proqramının ölkəmizdə uğurla fəaliyyət göstərdiyini qeyd edib, proqramın əhəmiyyətindən danışıb.

Sonra tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.