ELM VƏ TƏHSİL


ADNSU-da doktoranturaya qəbul imtahanında 6 universitetdən 125 iddiaçı iştirak edib

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2 gün davam edən doktoranturaya qəbul imtahanı uğurla başa çatıb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, fəlsəfə fənnindən keçirilən imtahanda Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, ADNSU ilə yanaşı, 5 ali təhsil müəssisəsindən - Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən ümumilikdə 142 iddiaçı qeydə alınıb və onlardan 125 nəfəri imtahanda iştirak edib.

Şəffaf mühitdə keçirilən imtahanın nəticələri 7 nəfərdən ibarət komissiya tərəfindən qiymətləndirilib. Belə ki, 125 nəfər iddiaçıdan 4 nəfərin biliyi qeyri-məqbul, 121 nəfərin biliyi məqbul qiymətləndirilib.

İmtahan koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdiyindən öncədən dezinfeksiya tədbirləri həyata keçirilib. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş bütün zəruri göstərişlər nəzərə alınaraq imtahan prosesi baş tutub. Tibbi maskalardan, dezinfeksiya məhlullarından istifadə edilib və iştirakçılar arasında sosial məsafə gözlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.