ELM VƏ TƏHSİL


ADNSU-da icbari tibbi sığortaya dair maarifləndirmə tədbiri keçirilib

Bakı, 18 fevral, AZƏRTAC 

Fevralın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) əhalinin icbari tibbi sığortasına dair maarifləndirmə tədbiri keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev dövlət başçısının müvafiq Sərəncamına əsasən ilin sonuna qədər bütün ölkədə yeni sistemin tətbiq olunacağını diqqətə çatdırıb. O bildirib ki, məqsəd vətəndaşların sağlamlığını, vaxtında müayinə və müalicəsini təmin etməkdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsləhətçisi Pərvin Abiyev sığortaolunanların hüquq və vəzifələri, sığortaolunma prosedurunun aparılması qaydalarından və görüləcək işlərdən danışıb. O qeyd edib ki, icbari tibbi sığorta ölkə üçün yeni sistemdir. Agentlik artıq bu istiqamətdə kifayət qədər işlər görüb. Bu müddət ərzində sığorta sistemi pilot layihə kimi 3 regionda tətbiq olunub və uğurla nəticələnib.

P.Abiyev əlavə edib ki, 2020-ci ilin sonuna kimi ölkənin bütün vətəndaşları sığortalanacaq və bu sistem mərhələli şəkildə həyata keçiriləcək. Aprel ayından isə vətəndaşlardan təxminən əməkhaqqının 2 faizi həcmində tibbi xərclər yığılacaq. Rəsmi iş yeri olmayanların (işsiz vətəndaşların sığortalanması) icbari tibbi sığortası agentlik hesabına həyata keçiriləcək.

Sonra mövzu ilə bağlı suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.