ADNSU-da iqlim dəyişikliyi mövzusunda müzakirələr aparılıb
AzerTAg.az
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Böyük Britaniyanın Avropa və Mərkəzi Asiya üzrə enerji təhlükəsizliyi və iqlim səfiri David Moranla iqlim dəyişikliyi mövzusunda müzakirə keçirilib.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı mövzunun aktuallığını vurğulayıb, universitetdə enerji təhlükəsizliyi məsələlərinin prioritet təşkil etdiyini deyib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld dünyada iqlim və enerji təhlükəsizliyi sahəsində səylərin beynəlxalq miqyasda mühüm əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə hökumətlərarası dialoqun vacibliyini vurğulayıb.
D.Moran iqlim və enerji təhlükəsizliyi, o cümlədən enerji ehtiyatları ilə bağlı problemlərin həllinin vacibliyi və bu istiqamətdə görülən işlər, həmçinin diqqət yetirilməli olan məqamlar haqqında danışıb.





Xəbərin mətnində orfoqrafik səhv var