ELM VƏ TƏHSİL
ADNSU-da keçirilən karyera sərgisində tələbələrə yeni iş və təcrübə imkanı yaradılıb
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) məzun-karyera sərgisi keçirilib. Sərgidə ADNSU-nun tələbələri ilə yanaşı, digər universitetlərdən 150-dən çox tələbə də iştirak edib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, sərgidə BP, SOCAR AQŞ, Baker Hughes, SOCAR Polymer və Turan Drilling kimi aparıcı əməliyyat və xidmət şirkətləri tələbələrə müxtəlif sahələrdə çox sayda təcrübə və iş yerləri təqdim ediblər.
Ümumilikdə sərgidə təmsil olunan şirkət nümayəndələri tərəfindən tələbələrdən 300-dən çox CV toplanıb. Bu da sənayenin müxtəlif sahələri üzrə mütəxəssislərlə əlaqə qurmaq və karyera imkanları yaratmaq baxımından yüzlərlə tələbə gənc üçün yeni şans deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]
Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar
- 19.04.2024 [17:27]
BDU-da çiçəkəkmə aksiyası
- 19.04.2024 [17:25]