ELM VƏ TƏHSİL


ADNSU-da kitab sərgisi açılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

2017-2018-ci tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsaslı kitabxanasında növbəti kitab sərgisi açılıb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, sərgidə Azərbaycan, rus və ingilis dillərində texniki, ictimai-siyası sahələri əhatə edən kitab və jurnallar yer alıb.

Sərgidə “Heydər Əliyev və Azərbaycan tarix elmi”, “Təhsilimiz: dünən, bu gün, sabah”, “Ərəb ədəbiyyatı antologiyası”, “Əsas üzvi və neft-kimya sintezinin texnologiyası”, “Dənizdə və quruda neft-qaz quyularının qazılması zamanı yaranan qəzalı mürəkkəbləşmələr və neft-qaz-su təzahürləri ilə mübarizə”, “İstilik energetik qurğularının köməkçi avadanlıqları”, “Maye karbohidrogen qazlarının istehsal prosesləri və avadanlıqları”, “Elektrik mühəndisliyi elminin tarixi və metodologiyası” və digər kitablar var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.