ELM VƏ TƏHSİL


ADNSU-da konfrans: Logistikanın inkişaf yolu

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də 166 Yükdaşıma və Logistika şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Logistikanın inkişaf yolu” mövzusunda konfrans keçirib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tələbələrin iştirak etdikləri tədbirdə şirkətin biznesin inkişafı və marketinq departamentinin direktoru Nurlan İmamquliyev, menecerləri Cəlalə Mustafayeva, Fərhad Gülməmmədov, Günel Məmmədova tərəfindən yükdaşımanın qayda və standartları, həmçinin 166 Yükdaşıma və Logistika şirkətinin ölkənin nəqliyyat sektorunda rolu haqqında ətraflı məlumat verilib.

Tələbələr 166 Yükdaşıma və Logistika şirkətində iş imkanları və təcrübə proqramı barədə məlumatlandırılıb.

Xatırladaq ki, 2012-ci ildə fəaliyyətə başlayan 166 brendi hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin öndə gedən şirkətlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.