ELM VƏ TƏHSİL


ADNSU-da nadir nüsxələrdən ibarət kitab sərgisi təşkil edilib

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində təhsil müəssisəsinin 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində kitab sərgisi təşkil olunub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, sərgidə Azərbaycan, rus, alman, ingilis, fransız və s. dillərdə olan 129 miniatür və 200-ə yaxın kitab, o cümlədən nadir nüsxələr, əlyazmalar, ensiklopediyalar nümayiş etdirilir.

Tədbirdə Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova kitabxananın bazasında olan qədim və nadir nüsxələrin, qiymətli nəşrlərin qorunduğunu deyib.

Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev sərgidəki kitabların dəyərli mənbə olduğunu vurğulayıb.

Sonra sərgiyə baxış keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.