ELM VƏ TƏHSİL


ADNSU-da növbəti “Açıq mikrofon” təşkil olunub

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” təşkil olunub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı universitetdə elmin inkişafı, tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlər, qazanılan uğurlar, beynəlxalq əlaqələr və xarici ali təhsil müəssisələri ilə mübadilə proqramlarından danışıb, qış imtahan sessiyasına hazırlıq, imtahan qaydaları haqqında tələbələri məlumatlandırıb.

Dərslərin daha yaxşı təşkil olunması üçün universitetə yerli və əcnəbi professorların dəvət olunduğunu qeyd edən M.Babanlı bu işin mütəmadi davam etdiriləcəyini söyləyib. Rektor, eyni zamanda, təhsil müəssisəsində startap festivalı və məzun-karyera sərgisinə hazırlıqdan danışaraq, tələbələri bu tədbirlərdə fəal iştirak etməyə çağırıb.

Sonra tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.