ELM VƏ TƏHSİL


ADNSU-da seminar: Biomüxtəliflik və cəmiyyət

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Canlı aləmin mühafizəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Biomüxtəliflik və cəmiyyət” mövzusunda seminar keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev mövzu ilə bağlı fikirlərini bildirib.

“Canlı aləmin mühafizəsi” İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə bioaləm və biomüxtəliflik barədə ümumi məlumat verib, eyni zamanda, bu sahədə mövcud problemlər və onun həlli yolları üçün müasir dünya təcrübəsindən danışıb.

Tədbirdə heyvanların təbiətdə və həyatımızdakı əhəmiyyəti, onların idarə edilməsi, onlara qayğı dünya təcrübəsinə əsaslanaraq izah edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.