ELM VƏ TƏHSİL


ADNSU-da tədris olunan ixtisaslara bir çox ölkələrdə maraq göstərilir

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş Almaniya, Peru və Cənubi Afrika Respublikasından olan ADNSU (əvvəlki Azİİ) məzunları ilə görüşüb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbdə aparılan islahatlar, həyata keçirilən layihələr, yeni tədris metodları haqqında ətraflı məlumat verib. ADNSU-nun beynəlxalq əlaqələrinin genişləndiyini qeyd edən rektor universitetə əcnəbi tələbələrin cəlb olunmasına əhəmiyyət verildiyini söyləyib.

Təmsil etdikləri ölkələrdə ADNSU-da tədris olunan ixtisaslara böyük maraq olduğunu deyən qonaqlar neft və qaz sahəsində universitetin tətbiq etdiyi yeni metodları bəyəndiklərini bildiriblər.

Sonda əməkdaşlığın inkişafı üçün rəhbərlik səviyyəsində danışıqlar aparılması məsələsi müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.