ELM VƏ TƏHSİL


ADNSU-da təhsil almaq üçün daha 54 əcnəbi gənc ölkəmizə gəlib

Bakı, 25 sentyabr, AZƏRTAC

Əcnəbi tələbələr Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil almağa maraq göstərirlər.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, 2017-2018-ci tədris ilində bu ali məktəbdə təhsil almaq üçün bir sıra ölkələrdən 54 əcnəbi gənc təhsil almaq üçün ölkəmizə gəlib.

Onlardan 16-sı Türkmənistan, 15-i Çin Xalq Respublikası, 3-ü Türkiyə, 5-i Rusiya, 3-ü Qazaxıstan, qalanları isə digər ölkələrdən olan tələbələrdir.

Əcnəbi gənclərin təhsili üçün universitetdə bütün lazımi şərait yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.