ELM VƏ TƏHSİL


ADNSU-da tələbələr beynəlxalq mübadilə proqramları barədə məlumatlandırılıb

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlxalq əməkdaşlıq şöbəsinin “Məlumat günü” keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə professor Ulrix Eberhardt rəhbərlik etdiyi şöbənin gördüyü işlərdən danışıb. O, tələbələr üçün nəzərdə tutulan mübadilə proqramları, yay məktəbi, “Germany study program”, həmçinin alman, ingilis dili kursları və təlimlər haqqında ətraflı məlumat verib.

Sonra “Erasmus+” və “Mövlanə” mübadilə proqramlarının mahiyyəti, müddəti və qaydaları diqqətə çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.