ELM VƏ TƏHSİL


ADNSU-da tələbələr üçün “açıq dərs” təşkil olunub

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iqtisadiyyat və menecment fakültəsində tələbələr üçün “açıq dərs” təşkil olunub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə keçirilən “açıq dərs”də Vergilər Nazirliyinin baş vergi xidməti müşaviri, dosent Zahid Rzayev vergitutma sahəsində reallaşdırılan islahatlar haqqında ətraflı məlumat verib.

Azərbaycan Beynəlxalq Bankının koorperativ biznesin inkişafı departamentinin qeyri-kredit məhsulları şöbəsinin baş mütəxəssisi Kamilla Hüseynova isə kreditin verilməsi haqqında qərar qəbulu, risklərin qiymətləndirilməsi mərhələləri və s. barədə danışıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.