ELM VƏ TƏHSİL


ADNSU-da tələbələrin 67-ci elmi-texniki konfransı işinə başlayıb

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim, akademik Azad Mirzəcanzadənin 90 illiyinə həsr olunmuş tələbələrin 67-ci elmi-texniki konfransı öz işinə başlayıb.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, universitetin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov tədbiri giriş sözü ilə açaraq tələbələrin 67-ci elmi-texniki konfransının tələbələr üçün əhəmiyyətindən danışıb. Gənclərin elmi potensiallarının üzə çıxarılması üçün bu cür konfranslarda iştirakın vacibliyini vurğulayan Qasım Məmmədov tələbələrin asudə vaxtlarını elmi araşdırmalara sərf etməsini yüksək qiymətləndirib.

ADNSU-nun neft-qaz mühəndisliyi kafedrasının müdiri, texnika elmləri doktoru, professor Tulparxan Salavatov akademik Azad Mirzəcanzadənin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb.

Universitetin “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Elmira Ramazanova akademik Azad Mirzəcanzadə haqqında xatirələrini bölüşüb. Elmi-Tədqiqat İnstitutunun əsasının Azad Mirzəcanzadə tərəfindən qoyulduğunu bildirən Elmira Ramazanova onun sayəsində institutun dünyanın bir çox elm mərkəzləri ilə yaxın əlaqələr qurduğunu və bu münasibətlərin davam etdirildiyini diqqətə çatdırıb.

ADNSU-nun neft-qaz mühəndisliyi kafedrasının professoru Eldar Süleymanov isə görkəmli alimin həyat və fəaliyyəti haqqında təqdimatla çıxış edib.

Konfransda çıxış edən Tələbə Elmi Cəmiyyətləri Şurasının sədri Yunis Qəhrəmanlı konfransın ayrı-ayrı bölmələrində keçiriləcək iclaslar və çıxışlar haqqında məlumat verib. Ümumilikdə 9 bölmədə 292 nəfərin çıxışının gözlənildiyini bildirən Y.Qəhrəmanlı bütün iştirakçılara uğurlar arzulayıb.

Konfrans işini bölmələrdə davam etdirib.

Konfransın bağlanış mərasimi dekabrın 14-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.