ELM VƏ TƏHSİL


ADNSU-da tələbələrin tibbi müayinəsi həyata keçirilir

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) I kurs tələbələrinin tibbi müayinəsi keçirilir.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, noyabrın 1-dən başlanan müayinələr poliklinika şöbəsində təşkil olunub.

Müayinə Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən ali məktəblərin tələbələri arasında xəstəliklərin (vərəm, malyariya və s.) vaxtında aşkarlanması və profilaktikası məqsədilə aparılır.

Qeyd edək ki, 2019-cu ilin yanvar ayından etibarən universitetin yuxarı kurs tələbələri və magistrantlarının da tibbi müayinədən keçməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.