ELM VƏ TƏHSİL


ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib

Bakı, 15 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) III startap və innovasiya festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı ali məktəbdə elmin, təhsilin inkişafı istiqamətində reallaşdırılan layihələrdən, əldə olunan nailiyyətlərdən danışıb.

Festivalın startap ideyalarının tələbələr arasında təbliğinə xidmət etdiyini deyən rektor əsas məqsədlərdən birinin “Made in Azerbaijan” brendi adı altında xaricə məhsul çıxarmaq olduğunu deyib. M. Babanlı tələbələrə startap layihələri ilə bağlı tövsiyələrini verib.

Təhsil nazirinin müavini İdris İsayev ali məktəblərdə startap ideyalarının inkişafının və tələbələrin bu sahəyə maraq göstərməsinin çox sevindirici hal olduğunu bildirib.

Prezident İlham Əliyevin elmə, təhsilə xüsusi önəm verdiyini vurğulayan İ.İsayev müvafiq layihələrin həyata keçirilməsinin gənclərin sahibkarlıq ruhunun inkişafına və biznes potensialının artmasına xidmət etdiyini söyləyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ali təhsil müəssisələrinin innovasiyaların inkişafına diqqət göstərməsinin əhəmiyyətini vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müşaviri, qurumun Elm və İnnovasiyalar Mərkəzinin rəhbəri Elçin Zeynalov ADNSU-da startapın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Sonra startap mərkəzinin 6 layihəsi təqdim olunub. Layihələr əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən münsiflər heyəti tərəfindən qiymətləndirilib. Ən çox bal qazanan layihələr ADNSU və tərəfdaş qurumlar tərəfindən mükafatlandırılıb.

Festivalın sonunda “dəyirmi masa” təşkil olunub, startap layihələrinin inkişafı ilə bağlı müzakirələr aparılıb. M.Babanlı universitet və müəssisələr arasında əməkdaşlığın hər iki tərəfə fayda verəcəyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.