ELM VƏ TƏHSİL
ADNSU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə kitab sərgisi təşkil edilib
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azİİ Elektron Kitab Evi”ndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev” adlı kitab sərgisi təşkil edilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, sərgidə ulu öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən bəhs edən, dahi rəhbərin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi, mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmasını əks etdirən kitablar, jurnallar və digər nəşrlər yer alıb.