ELM VƏ TƏHSİL


ADNSU-da yeni magistr proqramının yaradılması istiqamətində müzakirələr aparılıb

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramının “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində ilk işgüzar görüş keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, yerli layihə üzvlərinin – Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universiteti, həmçinin Erasmus Azərbaycan Ofisinin rəhbərliyinin iştirak etdiyi görüşdə layihənin strukturu, iştirakçıların öhdəlik və vəzifələri, iş planı və layihə çərçivəsində yeni magistr proqramının yaradılması istiqamətində müzakirələr aparılıb.

İştirakçılar iclasın sonunda sillabusun hazırlanması məqsədi ilə iş bölgüsünü aparıb və gələcək görüşlər haqqında razılığa gəliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.