ELM VƏ TƏHSİL


ADNSU: doktorantlarla görüş

Bakı, 7 mart, AZƏRTAC 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı bu ali məktəbin doktorantura səviyyəsində təhsil alan tələbələri və onların dissertasiya rəhbərləri ilə görüşüb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor Mustafa Babanlı universitetdə doktorantura səviyyəsinə böyük diqqət göstərildiyini deyib. Yeni texnologiyalar və innovativ metodların tədrisdə tətbiqinin əhəmiyyətini qeyd edən rektor bu məsələdə doktorantların üzərinə məsuliyyət düşdüyünü vurğulayıb.

Professor Mustafa Babanlı dissertasiya mövzularının vaxtında hazırlanmasının, IELTS və TOEFL üzrə doktorantların nəticələrinin olmasının vacibliyi məsələlərinə toxunub, tövsiyələrini verib.

Sonra doktorantura üzrə tələbə biletləri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.