ELM VƏ TƏHSİL


ADNSU ilə Radiasiya Problemləri İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu (RPİ) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, imzalanma mərasimində universitetin rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbdə yeni ixtisasların formalaşmasının və Nazirlər Kabinetinin qərarı ilə artıq reyestrdən keçən “Mühəndis fizikası” ixtisasının əhəmiyyətindən danışıb. Rektor Radiasiya Problemləri İnstitutu ilə bir çox sahələrdə, xüsusən buraxılış işlərinə rəhbərlik, dissertasiya mövzularının seçilməsi, müəllim və tələbələrin təcrübəyə cəlb olunması sahəsində əlaqələrin davam etdiriləcəyinə əminliyini bildirib.

Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov ADNSU ilə bir sıra mühüm istiqamətlərdə əməkdaşlığın vacibliyini qeyd edib.

RPİ-nin elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva institutun əsas elmi istiqamətlərindən və fəaliyyət sahələrindən bəhs edib.

Hər iki müəssisənin geniş resurs bazasına malik olduğunu qeyd edən R.Mehdiyeva laborator sahədə böyük əməkdaşlıq imkanlarının olduğunu söyləyib.

Sonra əməkdaşlığa dair memorandum imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.