ELM VƏ TƏHSİL


ADNSU-nun İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyiblər

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin İctimai Etimad Şurası imtahan prosesini izləyib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, İctimai Etimad Şurasının üzvləri auditoriyalarda imtahanların keçirilməsi üçün yaradılan şəraitlə tanış olublar.

Rektor Mustafa Babanlı ilə görüşdə onlara ADNSU-nun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, son illər universitetdə olan yeniliklər, ilk növbədə, tələbələrin yüksək səviyyədə təhsil almalarına hesablanıb və artıq nəticələr də var. Bu gün ADNSU-da peşəkar və savadlı mütəxəssis hazırlandığını deyən rektor təhsil və tədris prosesinin, dərs vəsaitlərinin müasir çağırışlara uyğun təşkil olunduğunu diqqətə çatdırıb.

Sonra şura üzvləri ADNSU-da imtahan prosesinin təşkili ilə bağlı fikirlərini bölüşüblər. Onlar təhsil müəssisəsindəki şəffaf tədris mühitini, tələbələrin biliklərini sərbəst şəkildə ifadə edə bilmələri üçün yaradılan şəraiti və imtahana nəzarət prosesini yüksək qiymətləndiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.