ELM VƏ TƏHSİL


ADNSU-nun basketbol komandası respublika turnirində finala çıxıb

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) basketbol komandası Azərbaycan Basketbol Federasiyasının Kuboku uğrunda Respublika turnirində finala çıxaraq II yerə layiq görülüb.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, mayın 12-dən start götürən yarışa 4 qrup və hər qrupda 6 komanda qatılıb. Gərgin mübarizə şəraitində keçən yarışda ADNSU qrupda 1-ci yer tutmaqla növbəti pley-off mərhələsinə vəsiqə qazanıb. 1/4 final mərhələsində isə rəqibini məğlub edən komandamız finala yüksəlib. Finalda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə qarşılaşaraq minimal hesabla rəqibinə məğlub olub.

Qeyd edək ki, Təhsil Nazirliyinin Azərbaycan Basketbol Federasiyası ilə birgə ali məktəblər arasında keçirdiyi basketbol çempionatında 24 oğlan, 5 qızdan ibarət olmaqla, 29 komanda (24 universitet) iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.