ELM VƏ TƏHSİL


ADNSU-nun “eazi START” startap və innovasiya mərkəzi tələbə qəbulu elan edir

Bakı, 21 sentyabr, AZƏRTAC 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində startap və innovasiya mərkəzi olan “eazi START” startap təlimləri üçün tələbə qəbulu elan edir.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, təlimlərin əsas məqsədi yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiya məqsədli biznes strukturlarına çevirməkdir. Təlimlərdə iştirak pulsuzdur.

2015-ci ilin sonlarında yaradılmış “eazi START” 2016-cı ilin yanvarında ilk təlimlərə başlayıb. Startap məktəbinin inkişafında, təlimlərin həyata keçirilməsi, tələbələrlə işlərin aparılmasında tərəfdaş qurumlar olan “Sikorski Çellenc” (Ukrayna) və “BeNextIT” (İsrail) biznes inkubatorları yaxından iştirak ediblər.

“eazi START” Azərbaycanda startap hərəkatına töhfə vermək, əsasən gənclərin innovativ ideyalarının biznes strukturlara çevrilməsinə dəstək göstərmək məqsədilə fəaliyyət göstərir.

Növbəti təlimlər oktyabrın 24-də başlanacaq.

https://docs.google.com/forms/d/18KwH_mLtSyIU-VxiD1F5SIMmVeco5sD_u5coWS2uyfc/viewform?edit_requested=true linkindən istifadə etməklə qeydiyyatdan keçmək mümkündür.

Əlavə məlumat üçün “eazi START” ofisinə (5-ci mərtəbə) və ya [email protected] ünvanına müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.