ELM VƏ TƏHSİL
ADNSU-nun iki tələbəsi təhsilini Fransanın Renn Ali Kimya Məktəbində davam etdirəcək
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “SABAH” qruplarının kimya texnologiyaları fakültəsinin iki tələbəsi təhsilini Fransanın Renn Ali Kimya Məktəbində davam etdirəcək.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, fevralın 17-də bu ali məktəbin rektoru, professor Mustafa Babanlı həmin tələbələrlə görüşüb. ADNSU ilə xarici universitetlər arasında əlaqələrin genişlənməsinə və tələbə mübadiləsinə daim diqqət göstərildiyini vurğulayan rektor gənclərin xarici ölkələrin ali məktəblərində təhsil almaq imkanı qazanmasının böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
M.Babanlı tələbələrə tövsiyələrini verib, onlara təhsildə yüksək nailiyyətlər arzulayıb.