ELM VƏ TƏHSİL


ADNSU-nun nümayəndə heyəti Afinada beynəlxalq layihə üzrə konsorsiumun iclasında iştirak edib

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı, universitetin dəvətli professoru Ehsan Mousavi Khaneghah və dosenti Nigar İsmayılova “Horizon Europe 2020 – ELECTRON” layihəsi çərçivəsində Afinada keçirilən konsorsiumun iclasında iştirak ediblər.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

İclasa ADNSU ilə yanaşı, Avropanın aparıcı təşkilatları və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri də qatılıb.

Konsorsium iclasının əsas məqsədi qarşıya qoyulan məsələlərin həllinin monitorinqi və yeni çağırışların aşkarlanması olub. ADNSU nümayəndə heyəti tərəfindən universitetin HPC mərkəzinin əsas tədqiqat istiqaməti olan paylanmış idarəetmə sistemi, bu sahədə təklif olunan yanaşmalar və həllər layihənin növbəti versiyasının hazırlanmasında əsas başlanğıc nöqtəsi kimi irəli sürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.