ELM VƏ TƏHSİL


ADNSU-nun rektoru İsraildə işgüzar görüşlərdə iştirak edib

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov ölkəmizin nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azrieli Akademik Mühəndislik Kollecində təşkil olunan tədbirdə iştirak ediblər.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, respublikamızın bir sıra dövlət qurumlarını təmsil edən nümayəndə heyəti Azrieli Akademik Mühəndislik Kollecinin prezidenti, professor Roza Azhari, həmçinin kollecin professor-müəllim heyəti ilə görüş keçirib. Görüşdə təhsil və elm sahəsində əməkdaşlıq və s. məsələlər müzakirə olunub.

Sonra nümayəndə heyəti İsrailin İqtisadiyyat Nazirliyində “Fövqəladə hallarda iqtisadi resursların idarə edilməsi” mövzusunda təşkil olunan tədbirdə iştirak edib, “Flying carpet” və “Monatours” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Vergilər Nazirliyinin aparat rəhbəri Nazim Səmədov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunun müavini Fərid Əhmədov, İqtisadiyyat Nazirliyinin səfərbərlik hazırlığı şöbəsinin müdiri Bəhruz Məmmədov, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Fuad Pənahov, “Azərbaycan Hava Yolları” QSC-nin İsraildəki nümayəndəsi Nazim Səmədov, Vergilər Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Hacıyev və şöbənin dövlət vergi müfəttişi Esmira Məmmədova da iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.