ELM VƏ TƏHSİL


ADNSU-nun tələbələri “Weir Oil and Gas” şirkətində təcrübə keçəcəklər

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) neft-mexanika fakültəsinin professor və müəllimləri “Weir Oil and Gas” şirkətində olublar.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, fakültənin dekanı, dosent Əli Hikmət Əhmədov, kafedra müdirləri, professor və müəllimlərin, “Weir Oil and Gas” şirkətinin Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru Altug Bilgic və “Weir SOS Limited & Weir Solutions FZE” nümayəndəliyinin Azərbaycan və Qazaxıstan üzrə rəhbəri Fərid Ağayevin iştirakı ilə görüş keçirilib. Görüşdə tələbələrin “Weir Oil and Gas” şirkətində təcrübə keçməsi, işə götürülməsi, həmçinin laboratoriya, məşğələ dərslərinin müəssisələrdə təşkili, şirkətin təcrübəli mütəxəssislərinin “dəvətli professor” qismində universitetə dəvət olunması ilə bağlı müzakirələr aparılıb.

Sonda ikitərəfli əməkdaşlıq barədə razılıq əldə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.