ELM VƏ TƏHSİL


ADNSU-nun tələbələri beynəlxalq proqramlar barədə məlumatlandırılıblar

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq Əməkdaşlıq Şöbəsinin (BƏŞ) fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə BƏŞ-in müdiri Cəmilə İsmayılzadə şöbənin fəaliyyət istiqamətləri, iki il ərzində görülən işlər, eyni zamanda, tələbələr üçün nəzərdə tutulan mübadilə proqramları, yay məktəbi və təlimlər haqqında ətraflı məlumat verib. Beynəlxalq proqramlar və Karyera Mərkəzinin yaradılması kimi yeni layihələrdən danışan C.İsmayılzadə tələbələri sosial bacarıqlarının inkişafı üçün planlaşdırılan təlimlərdə iştirak etməyə çağırıb.

BƏŞ-in mübadilə proqramları üzrə əlaqələndiricisi Leyla Nağıyeva və layihələr üzrə mütəxəssis Nərmin Həmidli tələbələri “Erasmus+”, Mövlana və Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramlarının mahiyyəti, müddəti və qaydaları barədə məlumatlandırıblar.

“ADNSU Yay məktəbi - 2017” barədə məlumat verən, beynəlxalq tədbirlər üzrə əlaqələndirici Elmira Həsənova şöbənin iştirak etdiyi beynəlxalq sərgilərdən söz açıb.

Sonra tələbələrin sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.