ADNSU-nun tələbələri beynəlxalq təhsil proqramında iştirak ediblər
AzerTAg.az
Bakı, 20 may, AZƏRTAC
Bu ilin fevral-mart aylarında UNESCO-nun təşkilatçılığı ilə Qaz-Neft-Mədən Təhsili üzrə Beynəlxalq Kompetensiya Mərkəzi və Sankt-Peterburq Mədən Universiteti təhsil proqramlarının distant formatda keçirilməsi ənənəsini davam etdirib. Mədən Universitetinin müəllim və professorları neft-qaz mühəndisliyi ixtisasi üzrə onlayn dərslər təşkil ediblər. Dərslər WEB-EX platforması üzərindən keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 3-4-cü kurs tələbələri bu il proqramlarda iştirak edib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, universitetin Qaz-neft-mədən fakültəsinin tələbələri digər ölkələrdən olan tələbələrlə birlikdə seminar, mühazirə və praktiki dərslərdə iştirak ediblər. Tədbir tələbələrdə böyük maraq doğurub. İki ay davam edən dərslərin sonunda tələbələr qrup şəklində layihələrin müdafiəsini ediblər. Proqramı uğurla bitirən tələbələrə sertifikatlar verilib.

Xəbərin mətnində orfoqrafik səhv var