ELM VƏ TƏHSİL


ADNSU və “Cihaz” İstehsalat Birliyi əməkdaşlığa başlayır

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi (İB) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, imzalanma mərasimində ADNSU-nun rektoru professor Mustafa Babanlı təhsil və tədris prosesi haqqında məlumat verib. Bildirilib ki, ADNSU-da yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilməklə yanaşı, universitet həm də tədqiqatyönümlü istiqamətlər və elmi nailiyyətlərdə də yeni mərhələyə qədəm qoyub. “Cihaz” İB ilə əməkdaşlığın önəmindən bəhs edən rektor universitetdə cihaz mühəndisliyi ixtisası üzrə təhsil verildiyini, eyniadlı kafedrada bu sahədə kifayət qədər təcrübəli professor-müəllim heyətinin çalışdığını və yüksəkixtisaslı mütəxəssislərin hazırlandığını deyib.

“Cihaz” İB-nin direktoru Fəlah Quliyev universitetlə əməkdaşlığın əhəmiyyətindən danışıb. O, həmçinin qeyd edib ki, tələbələrin müəssisədə təcrübə keçməsi ilə yanaşı, orada ixtisaslarına uyğun olaraq gələcəkdə işlə təmin edilməsinə diqqət göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.