ELM VƏ TƏHSİL


ADPU: Ötənilki məzunların 51,5 faizi hazırda işləyir

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əmək bazarına çıxan ötənilki məzunlarının 51,5 faizi hazırda işləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə ADPU-nun Tədris işləri üzrə prorektorluğu hesabat yayıb.

Hesabatda ADPU məzunlarının əmək bazarında məşğulluq nisbəti ilə bağlı statistik məlumatlar yer alır.

Hesabata əsasən, 2019-2020-ci tədris ilində universitetdən 2099 nəfər bakalavriat səviyyəsindən məzun olub. Onların 14 faizi magistratura səviyyəsinə qəbul olub, 7.1 faizi həqiqi hərbi xidmətə yollanıb. 61.7 faiz məzun isə (1650 nəfər) əmək bazarına çıxıb. Bu məzunların 677 nəfəri Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak edib ki, onların 51.2 faiz 50-60 bal arasında nəticə göstərib. Ümumilikdə imtahan verənlərin 64 faizi ixtisası üzrə işə qəbul olunub. Digər məzunların əksəriyyəti dövlət və özəl sektorda fəaliyyətə başlayıb. Ümumilikdə ADPU-nun əmək bazarına çıxan ötən ilki məzunlarının 51.5 faizi (851 nəfər) hazırda təhsil müəssisələri, dövlət və özəl sektorlarda işləyirlər. Universitetin ötənilki məzunlarından 52 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.