ELM VƏ TƏHSİL


ADPU YAP Gənclər Birliyi “Ağ ölümlə mübarizə” adlı seminar keçirib

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də narkomaniyaya qarşı mübarizəyə dair ali təhsil müəssisələrinin tələbələri arasında maarifləndirici seminarların təşkili prosesinə müvafiq olaraq Azərbaycan Dövlət Pedaqoji Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (ADPU YAP GB) tərkibində fəaliyyət göstərən Psixologiya Klubunun təşkilatçılığı ilə "Ağ ölümlə mübarizə" adlı seminar keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Bakı şəhəri, Səbail rayonu 29 saylı şəhər poliklinikasının (ADPU-nun tələbə poliklinikası) baş həkimi Şəfəq Teymurova, "Həyat Naminə" Reabilitasiya Mərkəzinin rəhbəri Kənan Hacıyev, ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli, ADPU YAP GB-nin sədri Tərlan Ağayev iştirak ediblər.

Yüzdən çox tələbənin qoşulduğu onlayn seminarda Ş.Teymurova və K.Hacıyev mövzu ətrafında çıxışlar edərək iştirakçıların suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.