ELM VƏ TƏHSİL


ADPU: Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2019-2020-ci tədris ilinin başlanmasına və “Bilik günü”nə həsr edilmiş tədbir keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri ADPU-nun rektoru, professor Cəfər Cəfərov açaraq tələbələri və onların valideynlərini təbrik edib, gənclərə həyatda və təhsildə uğurlar arzulayıb.

Rektor qeyd edib ki, təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindən birinə çevrilib. 2019-2020-ci tədris ilində ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 8 fakültə, 22 ixtisas üzrə 2298 tələbə qəbul olunub. Onlardan 1442-si dövlət sifarişi, 856-sı isə ödənişli əsaslarla oxuyur. Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib. Bu il universitetə qəbul planı 96,4 faiz dolub. Son illər yüksək bal toplayan abituriyentlər arasında Pedaqoji Universiteti seçənlərin sayı artıb. Bu il 338 gənc 500-dən çox bal toplayaraq universitetə qəbul olunub. Ali təhsilin magistratura səviyyəsində qəbulun nəticələri də qənaətbəxşdir. Magistratura səviyyəsində 20 ixtisas, 22 ixtisaslaşma üzrə 310 nəfər qəbul edilib. Onlardan 125-i dövlət sifarişi əsasında, 185-i isə ödənişli əsaslarla daxil olub. Magistraturaya qəbul planı 91,4 faiz dolub. Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində uğurlu göstəricilərdir.

Tədbirdə Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müəllimi Samirə Ramazanova, 608 balla Riyaziyyat fakültəsinə qəbul olunmuş Gülnar Qasımzadə, övladı ADPU-ya qəbul olunmuş Cocuq Mərcanlı kənd sakini Elman Piriyev, Tələbə Gənclər Təşkilatının sədri Nurlan Hüseynov çıxış edərək müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.