ELM VƏ TƏHSİL


ADPU-da bədii yaradıcılıq müsabiqə-festivalının baxış mərhələsi keçirilib

Bakı, 12 aprel, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə respublikamızın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq festivalı keçirilir. Festival Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı əsasında təşkil olunur. Festivalın təşkilat komitəsi, mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb.

Aprelin 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin iştirakı ilə bədii yaradıcılıq müsabiqə-festivalının baxış mərhələsi keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, festivalın baxış mərhələsində universitetin tələbə-gəncləri şeir söyləyib, musiqi və rəqs nömrələri təqdim ediblər.

Qeyd edək ki, festival qaliblərinin yekun konsertinin may ayının birinci ongünlüyündə keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.