ELM VƏ TƏHSİL


ADPU-da gənc əməkdaşlar və fəal tələbələr mükafatlandırılıb

Bakı, 2 fevral, AZƏRTAC

Fevralın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Gənclər Günü münasibətilə ötən bir il ərzində fəaliyyəti ilə xüsusi fərqlənən gənc əməkdaşlar, müəllimlər və tədrisdə, eləcə də sosial-ictimai həyatda xüsusi fərqlənən tələbələrlə görüş keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə 40 gənc əməkdaş və müəllim, yüksək akademik nəticələr əldə edən 12 tələbə və ictimai-sosial həyatda fəallığı ilə seçilən 31 tələbə olmaqla, ümumilikdə 83 nəfərə universitet rəhbərliyi adından fəxri fərmanlar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.