ELM VƏ TƏHSİL


ADPU-da magistrantların elmi-pedaqoji təcrübəsinə başlanılıb

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ikinci və üçüncü tədris ili magistrantlarının elmi-pedaqoji təcrübəsinin başlanılmasına həsr olunan konfrans keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru Cəfər Cəfərov elmi-pedaqoji təcrübənin magistrantların həyatında mühüm və məsuliyyətli bir mərhələ olduğunu söyləyib. Tələbələrə uğurlar arzulayan rektor deyib ki, rəhbərlik etdiyi universitetin cəmiyyət və dövlət qarşısında böyük öhdəliyi var. Azərbaycan məktəbləri üçün yüksək səviyyəli pedaqoji kadrlar hazırlanmalıdır.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov bildirib ki, elmi-tədqiqat fəaliyyəti magistrantlar üçün böyük əhəmiyyət daşıyır. ADPU-nun tədqiqat universitetinə çevrilməsi üçün birgə çalışmalıyıq. Magistr dissertasiyalarının keyfiyyəti yüksəldilməli, plagiatlığa yol verilməməlidir.

Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov elmi-pedaqoji təcrübənin təşkili və keçirilməsi haqqında məlumat verib. O qeyd edib ki, ADPU-da əyani formada təhsil alan ikinci və üçüncü tədris ili magistrantları ixtisas kafedralarında dörd həftə təcrübə keçəcəklər. Elmi-pedaqoji təcrübədə 19 ixtisas, 20 ixtisaslaşma üzrə 415 magistrant iştirak edəcək.

Konfransda elmi-pedaqoji təcrübənin səmərəli təşkili və keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.