ELM VƏ TƏHSİL


ADPU ilə Azərbaycana Birgə Yardım Təşkilatı arasında anlaşma memorandumu imzalanıb

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) arasında görüş keçirilib.

Görüşdə UAFA-nın təsisçisi Qven Börçel, Uşaqlıq dövründə sağlamlıq, təhsil, sosial inkişaf üzrə baza kursu (CHED) proqramının meneceri Ülviyyə Mirzəyeva, ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Rəna Həsənova iştirak ediblər.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə iki tərəf arasında imzalanacaq əməkdaşlığa dair anlaşma memorandumu barəsində ilkin müzakirələr aparılıb. Hər iki tərəfin razılığı ilə memorandumda ADPU-nun müvafiq ixtisaslarında təhsil alan və gələcəkdə xüsusi qayğıya ehtiyacı olan şəxslərlə işləməyi planlaşdıran tələbələri üçün UAFA-nın mərkəzlərində təcrübə proqramları və təlimlər, birgə yerli və beynəlxalq səviyyəli konqres, konfrans və maarifləndirici tədbirlərin təşkil olunması və s. nəzərdə tutulub.

Sonda ADPU ilə UAFA arasında anlaşma memorandumu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.