ELM VƏ TƏHSİL


ADPU-nun magistratura səviyyəsinə 310 nəfər qəbul olunub

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2019-2020-ci tədris ilində ali təhsilin magistratura səviyyəsinə qəbul olunan magistrantlarla görüş keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov bu ali məktəbdə uğurla həyata keçirilən təhsil islahatları barədə ətraflı məlumat verib. Qeyd edib ki, 2019-2020-ci tədris ilində ADPU-nun magistratura səviyyəsinə 20 ixtisas, 22 ixtisaslaşma üzrə 310 nəfər qəbul olunub.

Rektor son illər universitetin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən danışaraq bildirib ki, ADPU həm də bir çox xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq müqavilələri bağlayıb.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, professor İramin İsayev universitetdə görülən işləri müsbət qiymətləndiriblər.

Sonra Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov kredit sistemi ilə tədrisin təşkili, magistratura səviyyəsində qiymətləndirmə və təqaüd verilməsi qaydaları barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.