İQTİSADİYYAT


ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir

Bakı, 5 dekabr, Elvin Camalov, AZƏRTAC

Dekabrın 4-də açılan “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir.

ADRA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Kəmalə Carçıyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, sərgidə sahibkarlara reklam daşıyıcılarının onlayn qeydiyyat sistemi təqdim olunur. Bu sistem ADRA-nın rəsmi internet saytının tərkib hissəsi olaraq sahibkarları reklam yayımı üzrə qanunsuz ödənişlərdən azad etmək, daşıyıcıların qeydiyyatı üçün vaxt sərfini azaltmaq məqsədi daşıyır. Yeni onlayn qeydiyyat sistemi yaxın günlərdə istifadəyə veriləcək.

K.Carçıyeva qeyd edib ki, sərgidə nümayiş edilən digər yenilik məsafədənölçmə cihazıdır. Bu cihazlar ADRA-nın sifarişi əsasında Azərbaycanda istehsal olunur və istənilən reklam qurğusunun səthini məsafədən dəqiq ölçmək imkanı yaradır. Cihazların tətbiqi ilə agentliyin müfəttişləri tez və təhlükəsiz şəraitdə istənilən reklam daşıyıcısını və reklam səthini dəqiq ölçə bilir.

Növbəti yenilik barədə məlumat verən agentliyin nümayəndəsi ADRA üçün xüsusi hazırlanmış açıq məkanda reklam daşıyıcılarını 360 dərəcədə təsbit edən texnologiyalardan danışıb: “Bu qurğular reklam daşıyıcılarına nəzarəti asanlaşdırır. Müfəttişlər ofisdən kənara çıxmadan bütün reklamların qeydiyyatına nəzarət edə bilirlər. Artıq məsafədənölçmə və 360 dərəcədə reklam daşıyıcılarını təsbit edən texnologiyaların tətbiqinə başlanılıb”, - deyə K.Carçıyeva vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.