CƏMİYYƏT


ADRA ağacəkmə aksiyasına qoşulub

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkədə genişmiqyaslı ağacəkmə aksiyası baş tutub. Aksiyaya bir sıra dövlət qurumları ilə yanaşı Dövlət Reklam Agentliyi də (ADRA) qoşulub.

ADRA-nın İctimaiyyətlə Əlaqələr şöbəsindən AZƏRAC-a bildirilib ki, ağaclar Abşeron rayonu ərazisində xüsusi ayrılan zonada əkilib. Agentlik nümayəndələrindən ibarət qrup ADRA üçün ayrılan yerdə ağaclar əkməklə ictimaiyyətin diqqətini yaşıllıqların artırılmasına, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına yardımçı olmaq, atmosferi oksigenlə zənginləşdirməyə yönəldib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub. Bugünkü ekoloji aksiya da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.