CƏMİYYƏT


ADRA əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan verib

Bakı, 19 noyabr, AZƏRTAC

Respublika Talassemiya Mərkəzinin Azərbaycan Dövlət Reklam Agentliyində (ADRA) təşkil etdiyi “Donor Günü” könüllü qanvermə aksiyasına idarənin onlarla əməkdaşı qoşulub.

ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürülüb. Qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

Qeyd edək ki, talassemiya irsi qan xəstəliyidir, qanda olan qırmızı hüceyrələr talassemiyaya tutulur və düzgün fəaliyyət göstərmir. Bu xəstəliyin müalicəsində qanköçürmə mühüm rol oynayır.

Qan verməyə bir saat ayrılan vaxt, bir həyata bərabərdir. Hər bir insanın nə vaxtsa qana ehtiyacı ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.