CƏMİYYƏT


ADRA kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı, 11 noyabr, AZƏRTAC

Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin köçürülməsi prosesi davam etməkdədir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi (ADRA) ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna pul vəsaiti köçürüb.

ADRA-nın strateji inkişaf və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentliyin Aparatı, eləcə də Regional Reklam İdarələrinin rəhbər və işçi heyəti müzəffər ordumuza ehtiram ifadəsi olaraq könüllü şəkildə əməkhaqlarından 106755 manat ianə ediblər.

Torpaqlarımızın azad olunması və Vətənin bütövlüyü uğrunda mübarizə aparan rəşadətli ordumuz qürur mənbəyimizdir. Ordumuzun Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda qazandığı qələbələr bütün xalqımıza ruh yüksəkliyi bəxş edir. Zəfər bizimdir! Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.