İQTİSADİYYAT


ADRA-nın direktor müavini: Agentlik açıq məkanda yayımlanan reklamların çapı üçün standartlar müəyyən edəcək

Bakıda II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi “Gift & Promo Fair 2019” və II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi “Adprint 2019” öz işinə başlayıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək göstərdiyi sərgidə 50-dək yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur.

Sərginin açılış mərasimində çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi baxımından belə sərgilərin əhəmiyyətini vurğulayıb, müvafiq sahələrdə xeyli sayda mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) direktor müavini Orxan Əliyev isə son illər ölkə rəhbərliyi tərəfindən aparılan islahatların reklam sahəsinə də böyük töhfələr verdiyini vurğulayıb. O, agentliyin növbəti ildə açıq məkanda yayımlanan reklamların çapı üçün standartlar müəyyən edəcəyini deyib.

Agentlik rəsmisi təmsil etdiyi qurumun gələcəkdə beynəlxalq forum keçirərək reklam sahəsinin nailiyyətləri və trendlərini paylaşmaq niyyətində olduğunu bildirib.

“Caspian Event Organisers”in təşkilatçılığı ilə keçirilən sərgi sentyabrın 14-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.