İQTİSADİYYAT
ADRA-nın üç regional idarəsinin əməkdaşları Gəncəyə toplaşıb
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) üç regional idarəsinin əməkdaşları Gəncəyə toplaşıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Şəki, Bərdə və Gəncə regional idarələrində çalışan əməkdaşların bir araya gəlməsinin səbəbi bütün ölkə üzrə aparılan təlimlərin növbəti toplantısı olub. Ölkənin ikinci böyük şəhərində baş tutan tədbir agentliyin Mərkəzi Aparatından gələn təlimçilər tərəfindən keçirilib. Regional idarələrdə çalışan əməkdaşlar dövlət qurumunun fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi aktlarda edilmiş dəyişikliklər və qüvvədə olan qanunvericilik aktlarının tələbləri barədə məlumatlandırılıblar. Əməkdaşların maarifləndirilməsi və bu bilgilərin regionlarda fəaliyyət göstərən sahibkarlara ötürülməsi məqsədilə keçirilən təlimlər bir sıra mövzuları əhatə edib. Təlimlərdə, həmçinin regionlarda sıx rast gəlinən məsələlər, sahibkarları maraqlandıran suallar, onların həlli yolları, açıq məkanda reklam sahəsindəki aktual mövzular müzakirə olunub. Agentliyin bütün Regional İdarələrini əhatə edən və Lənkəran şəhərindən start götürən təlimlərə dekabrın 22-də Bakıda yekun vurulacaq.