İQTİSADİYYAT


ADRA reklam sahəsindəki beynəlxalq təcrübəni Azərbaycana gətirir

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) MDB-nin Reklam üzrə Əlaqələndirmə Şurasına üzv ola bilər.

ADRA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə təklif agentliyin əməkdaşının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq tədbirdə iştirakı zamanı irəli sürülüb. MDB-yə üzv ölkələrin dövlət və ictimai qurumlarını özündə birləşdirən şuranın toplantısında reklam bazarlarının tənzimlənməsi, bu sahəyə dair qanunvericiliyin yenilənməsi, reklamların məzmununa nəzarət mövzuları ətrafında fikir mübadiləsi aparılıb, iştirakçı ölkələrin təcrübəsi müzakirə olunub. Qurumun illik toplantısında ilk dəfə iştirak edən ADRA–nın Strateji İnkişaf şöbəsinin müdiri Rüfət Tağızadə tədbir iştirakçılarına təmsil etdiyi agentlik və ölkənin açıq məkandakı reklam mühiti barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.