ELM VƏ TƏHSİL


ADU Meksikanın qabaqcıl universitetlərindən biri ilə əməkdaşlıq etmək niyyətindədir

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, rektor Kamal Abdulla iki ölkə arasında müxtəlif istiqamətli əlaqələri yüksək dəyərləndirib. O, ADU-da ispan dilinin tədrisinə verilən böyük önəmə toxunub, universitetin müxtəlif istiqamətli beynəlxalq layihələri haqqında danışıb. Diplomatı ADU-nun “Səfir saatı” layihəsinə dəvət edən Kamal Abdulla tələbələrin bu layihəyə böyük maraqla yanaşdığını deyib: “Əlbəttə, biz Meksikanın öndə gedən universitetlərindən biri ilə əməkdaşlıq qurmaqda, müxtəlif istiqamətlərdə layihələr həyata keçirməkdə maraqlıyıq. Belə bir əməkdaşlığın qurulmasına səfirlik tərəfindən dəstək olarsa, biz həmin universitetin professorlarını dəvət edər, təcrübə mübadiləsi həyata keçirə bilərik”.

Səfir Xuan Rodrigo Labardini Flores dəvətə görə ADU rektoruna təşəkkürünü bildirib. Təhsil sahəsində əməkdaşlığın xalqları daha da yaxınlaşdıran amil olduğunu deyən diplomat bu istiqamətin rəhbərlik etdiyi qurumun prioriteti olduğunu xüsusi vurğulayıb: “İnanıram ki, bizim təhsil sahəsində əməkdaşlığımız xalqlarımızı daha da yaxınlaşdıracaq. Təşəkkür edirəm ki, tələbələri ispan dili öyrənməyə təşviq edirsiniz, bu işə böyük diqqət göstərirsiniz. Meksika universitetləri ilə əməkdaşlıq təklifinizi yüksək dəyərləndiririk. Eyni zamanda, ədəbiyyat sahəsində gələcək əlaqələri də vacib istiqamət hesab edirik”.

Görüşdə Xalq yazıçısı Kamal Abdulla müəllifi olduğu və portuqal dilində çap olunan “Yarımçıq əlyazma” romanını səfirə hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.