ELM VƏ TƏHSİL


ADU-da Beynəlxalq Könüllülər Günü qeyd olunub

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə könüllülük haqqında ümumi məlumat verilib. Bildirilib ki, könüllülük şəxsin iradəsi və sərbəst seçiminə əsaslanan, əvəzi ödənilməyən fəaliyyət növüdür. Könüllü fəaliyyətin cəmiyyətdə sosial, mədəni, iqtisadi, ekoloji problemlərin həllinə yönəlmiş ictimai faydalı fəaliyyət, eləcə də sosiallaşmaya təkan verən bir əyləncə növü olduğu vurğulanıb.

Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva universitetin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə tələbələrin məcburi köçkün məktəblərində pedaqoji təcrübəyə cəlb edildiyini diqqətə çatdırıb. O bildirib ki, bu layihədə iştirak edən müəllim və tələbələr könüllü fəaliyyət göstəriblər.

Dünya Gənclərinin Alyansı İctimai Birliyinin prezidenti Səyavuş Əlizadə, “BİR” Tələbə Könüllü Proqramının sədri Canoğlan İlyasov və “Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev könüllülük fəaliyyətinin əhəmiyyətindən söz açıb, ölkədə mötəbər tədbirlərin keçirilməsində könüllülərin aparıcı qüvvə olduqlarını vurğulayıblar.

Könüllülük hərəkatına hər kəsin öz istək və arzusu ilə qoşulduğunu bildirən ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev deyib ki, bu hərəkat xoş mərama qulluq edir. Azərbaycanda 20 mindən çox könüllünün olması və onların sayının artması sevindirici haldır.

Tədbirdə könüllülük fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.