ELM VƏ TƏHSİL


ADU-da Çin kağız kəsmə sənəti üzrə ustad dərsi keçirilib

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili kurslarının balaca məktəblilər qrupu üçün “Jianzhi” kağızı nümunələrini kəsmək sənəti üzrə ustad dərsi keçirilib. Uşaqlar bu sənət üçün lazım olan əzm və səbri inkişaf etdirməklə sadə “Jianzhi” fiqurlarını kəsməyi həvəslə öyrəniblər. Məktəblilər mükafat olaraq öz əlləri ilə hazırlanan mükəmməl bəzək əldə ediblər.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, “Jianzhi” UNESCO-nun Dünya Mədəni İrsində yer alan Çin ənənəvi xalq sənəti və dekorativ-tətbiqi sənətkarlıq növlərindən biridir. Kağızdan kəsim nümunələri lap qədimdən Çində Şimal xanlığı dövründə yaranıb, bizim eranın 8-9-cu əsrlərində “Jianzhi” Qərbi Asiyada yayılıb, 16-cı əsrdə isə bu incəsənət Türkiyədə meydana çıxıb. “Jianzhi”nın mövzusu çox müxtəlifdir: bəzəklər, ekzotik çiçəklər və heyvanlar, Çin heroqlifləri, klassik romandan qəhrəmanlar, Pekinq operasının maskaları, Çin bürcünün simvolları. Ən ümumi istiqaməti isə “Jianzhi” – Çin yeni ili - Bahar bayramı ərəfəsində evlərin pəncərələrini bəzəyən “pəncərə çiçəyi”dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.